Bakıda restoran müdiri rəqqasəni tapança ilə öldürüb: Samir Bağırov da orada olub - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |     16:40 Şarl Mişel COP29-a dəvət edildi  |     16:28 Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır  |    

Bakıda restoran müdiri rəqqasəni tapança ilə öldürüb: Samir Bağırov da orada olub - VİDEO

Azərbaycanda baş vermiş və uzun müddət detalları gizli saxlanılan qətlin şok təfərrüatı məlum olub.

Rəqqasə Rasimə Bəşirova çalışdığı restoranda silahdan başından atılaraq öldürülüb.


Hadisə “Qarabağ” restoranının sahibi Şeyda Novruzov tərəfindən törədilib.

Hadisəni törətdikdən sonra restoranın sahibi ölkədən qaçdığı üçün cinayət işinin detalları illər sonra məlum olub.

Cinayət materiallarından əldə edilən şok məlumata əsasən, cinayət baş verən zaman müğənni Samir Bağırov, tanışı Sergey və digər şəxslər də orada olub.

Hadisə baş verən zaman restoranın sahibi sərxoş vəziyyətdə restorana qayıdaraq əsəbi halda davranıb.

Restoranın sahibi rəqqasənin qulağına nə isə deyərək əsəbiləşib. Daha sonra içki bakalını rəqqasənin başına vuraraq onu ağır yaralayıb.

Bununla ürəyi soyumayan restoran sahibi tapançanı çıxararaq rəqqasənin başından atəş atıb.

Ölkəni silkələyən və detalları gizli qalan cinayətin şok videogörüntüsünü və detallarını təqdim edirik:
/oxu24.com/


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            7 759 18.12.19 12:50