Ukrayna Prezidenti Bakıda universitetə getdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Ukrayna Prezidenti Bakıda universitetə getdi - FOTO

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskaya dekabrın 17-də Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ilə tanış olublar.

Median.Az
xəbər verir ki, Mərkəzin müdiri Lesya Kərimova Prezident Vladimir Zelenskiyə və xanımı Yelena Zelenskayaya burada yaradılan şəraitlə bağlı məlumat verib.

Bildirildi ki, universitetdə 2001-ci ildə yaradılan Ukrayna Tədris-Mədəniyyət Mərkəzi ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Mərkəz Azərbaycanda Ukrayna mədəniyyətinin təbliğində mühüm rol oynayır. Mərkəzin bazasında ukraynaşünas tələbələr Ukrayna dili və ədəbiyyatını öyrənirlər. Burada, həmçinin müxtəlif mədəni-kütləvi tədbirlər, Ukrayna tarixi və mədəniyyəti ilə bağlı yubiley gecələri keçirilir. Tədris-Mədəniyyət Mərkəzinin nəzdində yaradılan “Slavyanoçka” ansamblı Ukrayna səfirliyinin və Bakı Slavyan Universitetnin təşkil etdiyi müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirak edir.

Lesya Kərimova qeyd edib ki, Mərkəzdə Ukrayna və Azərbaycanın mədəni irsinin öyrənilməsi istiqamətində elmi-tədqiqat işləri aparılır. Mərkəz Ukraynanın ölkəmizdəki səfirliyi, Ukraynanın Azərbaycan diasporu və Ukraynanın ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

Sonra “Slavyanoçka” ansamblı Ukrayna dilində mahnılar səsləndirib.

Daha sonra Prezident Vladimir Zelenski və birinci xanım Yelena Zelenskaya Ukrayna diasporunun nümayəndələri ilə görüşüblər.

Diaspor nümayəndələri Azərbaycandakı fəaliyyətləri haqqında Prezidentə məlumat veriblər. Diasporun fəaliyyətini yüksək qiymətləndirən Vladimir Zelenski yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 095 17.12.19 20:00