İlin ən etibarsız parolları açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |     16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |    

İlin ən etibarsız parolları açıqlandı

“NordPass” şirkəti 2019-cu ilin ən təhlükəli parollarını açıqlayıblar.

Bu barədə Lenta.ru xəbər verib.

Ekspertlər bildiriblər ki, internetə sızan 500 milyon paroldan ibarət baza toplayıblar.

Etibarsız parollar arasında ən geniş yayılanlar sadə rəqəmlərin kombinasiyası (12345,111111,123321), həmçinin, QWERTY klaviaturasında üfüqi, yaxud şaquli xətdə yerləşən hərflər (asdfghjkl, qazwsx, 1qaz2wsx) olub.

Ekspertlər vurğulayıblar ki, parol kimi geniş yayılan qadın adlarından istifadə etmək də təhlükəlidir.

Həmçinin, məlum olub ki, 800 mindən artıq insan “password” parolundan istifadə edirlər ki, bu da təhlükəlidir.

Bundan başqa, siyahıda “iloveyou”, “test”, “princess”, “sunshine”, “monkey”, “family”, “football” kimi sadə parollar da var.

Mütəxəssislər bildiriblər ki, cari ildəki zəif parollar siyahısı ötənilkilərlə eyniyyət təşkil edib. Onlar bildiriblər ki, buna səbəb insanların uzun və mürəkkəb parolları yadda saxlamaq istəməməsi, həmçinin, gizlətməli heç nələrinin olmadığını düşünmələridir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 074 16.12.19 16:37