Xəzər rayonunda 37 yaşlı kişi itkin düşüb.
Dekabrın 12-i saat 12:00 radələrində Xəzər rayonu, Qala qəsəbəsi “Xaşaxuna bağları” adlanan ərazidə yaşayan 1982-ci il təvəllüdlü E.Hüseynov evdən çıxıb və bir daha geri qayıtmayıb.
E.Hüseynovun əqli qüsurlu olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
/oxu.az/