“Facebook”un 29 min əməkdaşının şəxsi məlumatı oğurlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

“Facebook”un 29 min əməkdaşının şəxsi məlumatı oğurlanıb

“Facebook”un əməkdaşının avtomobilindən sosial şəbəkənin 29 min işçisinin bank hesabı, sosial sığortalarının son dörd rəqəmi, maaş və bonusları haqqında, eləcə də digər şəxsi məlumatlar saxlanılan sərt disklər oğurlanıb.

Bu barədə “Bloomberg” yazır.

Qeyd edilir ki, sərt disklər şifrələnməmişdilər.

Şirkətin mətbuat xidmətindən verilən məlumata əsasən, oğurlanan disklərdə sosial şəbəkənin istifadəçilərinin şəxsi məlumatları olmayıb.

Hüquq-mühafizə orqanları məlumatların oğurlanması hadisəsini araşdırır.

Şirkətin mətbuat xidmətindən bildirilib ki, oğurluğun məqsədi məhz “Facebook”un əməkdaşları haqqında məlumatları ələ keçirmək olmayb.

Avtomobil hələ noyabrın 17-də qarət olunsa da, sərt disklərin itməsi üç gündən sonra - noyabrın 20-də aşkar edilib. “Facebook” yalnız dekabrın 13-də zərər çəkmiş əməkdaşları xəbərdar etməyə başlayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 759 14.12.19 14:56