Bakının Sulutəpə qəsəbəsi “su içində üzür”: Uşaqlar dərsə getməkdə çətinlik çəkir - VİDEO
Sulutəpə sakinləri yolsuzluqdan əziyyət çəkir.
Qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur.
Qəsəbə sakinləri saytımıza bildirir ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq belə mümkün olmur:
“Yaxın zamanlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”.
Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zəngimiz cavabsız qaldı.
/oxu.az/
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!