“Qarabağ” və “Düdelanj”ın oyunu başlayıb - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:13 Zaqatalada 32 yaşlı kişi intihar edib  |     20:07 "Formula 1" pilotu filmə çəkiləcək  |     19:59 Ukraynada Rusiyaya məxsus helikopter vurulub  |     19:52 "Qarabağ"ın mükafatlandırılacağı stadion bəlli olub  |     19:41 Bu il 46 uşaq övladlığa verilib, 58 uşaq ailələrinə qaytarılıb  |     18:34 Ərdoğan Yunanıstanın Baş nazirini qəbul edəcək  |     18:26 Polşa Belarusla sərhəddəki polad hasarı möhkəmləndirir  |     18:12 Bölgələrdə istirahət etmək istəyənlərin NƏZƏRİNƏ: Evlərin kirayə qiymətləri artıb - VİDEO  |     18:01 Nəsibə Zeynalovanın heç yerdə yayımlanmayan şəkilləri - FOTO  |     17:49 İçkili vəziyyətdə ölümlə nəticələnən qəza törədən qadın sürücüyə cəza verildi  |     17:43 Qobustanda 378 şagirdin oxuduğu məktəb qəzalı vəziyyətdədir - VİDEO  |     17:27 Rusiya hərbçiləri Ermənistanın Azərbaycanla şərti sərhədindəki dislokasiya məntəqələrini tərk edirlər  |     17:09 “Instagram”da tanış olduğu qadın kişi çıxdı - 150 minlik cinayətin DETALLARI  |     16:58 Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək - RƏSMİ  |     16:37 Mariya Stadnikə ağır itki  |     16:23 Sumqayıtda 10 aylıq körpə boğularaq ölüb  |     16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |    

“Qarabağ” və “Düdelanj”ın oyunu başlayıb - YENİLƏNİB

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində keçirilən “Qarabağ” - “Düdelanj” oyunu başlayıb.

Report xəbər verir ki, Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən görüşü Estoniyadan olan hakimlər briqadası idarə edir.

Baş hakimi Kristo Tohverdi olan oyunun yan xətt hakimləri Silver Koiv və Sten Klaasendir. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirir.

Matç hər iki komanda üçün formal xarakter daşıyır. 1/16 final şansları itən “Qarabağ”la “Düdelanj” yalnız sonuncu olmamaq üçün mübarizə aparacaq.


***

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin altıncı turu çərçivəsində “Qarabağ” - “Düdelanj” klubları arasında keçiriləcək qarşılaşma üçün komandaların start heyətləri açıqlanıb.

UEFA-nın rəsmi saytının məlumatına görə, bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüşdə “Qarabağ”ın heyətində Şahruddin Məhəmmədəliyev, Ailton Silva, Bədavi Hüseynov, Maksim Medvedev, Rəşad Sadıqov, Miçel Madeyra, İsmayıl İbrahimli, Qara Qarayev, Abdulla Zubir, Mahir Əmrəli və Dani Kontana yer alıblar.

“Düdelanj”ın ilk onbirliyində Conatan Juber, Tom Şnell, Mario Pokar, Daniel Sinani, Dominik Stols, Thibaut Lesquoy, Mikael Qaros, Antoine Bernye, Məhəmməd Buçuari, Sabir Bouqrine və Loren Mendinin adları var.

Matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 345 12.12.19 22:18