E-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə aparılan hazırlıq işləri tamamlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

E-imzanın şəxsiyyət vəsiqələrinə tətbiqi üzrə aparılan hazırlıq işləri tamamlanıb

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinə elektron imza (e-imza) sertifikatlarının inteqrasiyası üzrə aparılan hazırlıq işləri başa çatdırılıb.

Median.Az xəbər verir ki, bunu "APA-Economics"ə "Idrak Technology Transfer" şirkətindən deyiblər.
Şirkətdən bildirilib ki, bunun üçün nəzərdə tutulan proqram təminatı hazırlanıb.
"Layihədə iştirakçı qismində çıxış edən müvafiq dövlət qurumları tərəfindən qərar verildikdən sonra inteqrasiya işlərinə başlanılacaq", - deyə şirkətdən bildirilib.

Hazırda şəxsiyyət vəsiqələrinə daxil ediləcək sertifikatlar üçün vacib olan sertifikat sorğusunun Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) sınaq mühitində yaradılması təmin edilərək həmin sertifikatların MSXM-də qurulacaq infrastruktura uyğunlaşdırılması üçün sertifikat profili müəyyənləşdirilir. Yeni qurulacaq Mərkəzdə tətbiq ediləcək alqoritm seçimi üzərində araşdırmalar nüfuzlu beynəlxalq strukturların apardıqları sertifikatlaşdırma sınaqları nəzərə alınmaqla davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 052 12.12.19 21:16