Xaçmaz rayonunun daha bir küçəsində yığılıb qalan zibillər natəmizlik yaradıb.
Median.Az xəbər verir ki, Əlif Hacıyev küçəsi, Bəybala Rəsulov adına 5 nömrəli tam orta məktəbin köhnə binasının qarşısında zibil yeşikləri çoxdandır təmizlənmir.
Hər gün məktəbə gələn uşaqlar, eləcə də, yoldan keçənlər bu natəmizliklə qarşılaşır.
Məsələ ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, üç gündür zibil maşını cərimə meydançasında olub:
“Hazırda ərazidə təmizlənmə işləri gedir”.//oxu.az