Azərbaycanlı tələbə erməni rəqibini darmadağın etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |     19:59 Rusiya müdafiə nazirinin müavini iki ay müddətinə həbs edilib  |     19:57 AQTA nöqsanlara görə bazar rəhbərlərinə xəbərdarlıq edib  |     19:50 30 ölkədən olan beynəlxalq ekspertlər Laçında aparılan bərpa işləri ilə tanış olublar  |     19:43 Türkiyə Qarabağ şəhidlərinin övladları üçün kosmik düşərgələr təşkil edəcək  |    

Azərbaycanlı tələbə erməni rəqibini darmadağın etdi

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin Şəhərsalma ixtisasında təhsil alan II kurs tələbəsi Məhəmmədəli Quliyev Dağıstanın Babayurd rayonunda keçirilən sərbəst güləş üzrə regionlararası beynəlxalq turnirdə iştirak edib.

Gənclər arasında təşkil edilən, hərbi və siyasi xadim Şeyx Sultan Mutanın xatirəsinə həsr olunan turnirdə BMU-nun tələbəsi, 65 kq çəki dərəcəsində I yeri tutub, diplom və qızıl medalla təltif olunub.

Azərbaycan, Qazaxıstan, Gürcüstan, Rusiya, Ermənistan və başqa ölkələrin gənclərinin təmsil olunduğu turnir iki gün davam edib, ümumilikdə beş yarış keçirilib. Erməni rəqibini 10:0 hesabı ilə məğlub edən Məhəmmədəli Quliyev finala vəsiqə qazanıb. Finalda isə rusiyalı rəqibinə 10:8 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, BMU tələbəsi indiyə qədər akrobatika idman növü, o cümlədən, sərbəst güləş üzrə isə müxtəlif yerli və beynəlxalq yarışların qalibi olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 105 11.12.19 18:14