Kardiffdən Bakıya çarter reysləri təşkil olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Kardiffdən Bakıya çarter reysləri təşkil olunacaq

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün Uelsdən Bakıya çarter reysləri təşkil olunacaq.

Bu barədə Böyük Britaniyanın “Air Charter Service” şirkətinin kommersiya direktoru Metyu Perton “Business Airport” portalına bildirib. Onun sözlərinə görə, Avropa çempionatının püşkatmasında sonra çox sayda sifariş alıblar: “Püşkatmadan bəri telefonlarımız susmur. Əsasən də futbol federasiyaları və azarkeşlər tərəfindən zənglər olur. Aralarında 4 günlük fərq olacaq matçlara yetişmək üçün uzaq məsafə qət etmək lazımdır. Kardiffdən Bakıya qədər olan məsafə 2500 mildir (4000 km). Romandan Azərbaycanın paytaxtına isə 2000 mil (3200 km) təşkil edir. Biz artıq qarşıdakı pley-off görüşləri üçün çarter reysləri təşkil edəcəyik. Avropa çempionatının final mərhələsi üçün isə artıq 40 çater reysi bron edilib”.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığması hər iki oyunda qalib gəlib (2:1, 2:0).

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Böyük Britaniya təmsilçilərindən Şotlandiya və Şimali İrlandiya pley-off mərhələsində çıxış edəcəklər. Bu komandalar müvafiq olaraq İsrail və Bosniya və Herseqovina ilə qarşılaşacaqlar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 328 09.12.19 22:28