UFC Həbiblə Konorun revanş görüşünü təşkil edə bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:06 Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO  |     15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |    

UFC Həbiblə Konorun revanş görüşünü təşkil edə bilər

UFC prezidenti Deyn Uayt Konor Makqreqorla Həbib Nurməhəmmədov arasında təkrar görüş keçirilməsinə etiraz etmir.

Həbiblə Konor arasındakı məşhur döyüşdən bir ildən çox vaxt keçsə də, hələ də bu mövzuda mübahisələr davam etməkdədir. O vaxtdan Həbib çempionluq titulunu qorumaq üçün Puarye ilə görüşüb qalib gəlsə də, bu döyüş elə də gündəmdə qalmadı. İndi təşkilatçılar Həbiblə Konor arasında revanş görüşün keçirilməsi haqqında ciddi düşünürlər. Lakin bunun üçün bir neçə şərt var.

UFC prezidenti “Rich Eisen Show” proqramında bu şərtləri açıqlayıb:

“Əvvəlcə Konor Kovboya qalib gəlməlidir – bu çox çətin olacaq, xüsusilə orta çəkidə. Bir də Həbib Toni Ferqyusonu məğlub etməlidir. Əgər hər iki döyüşçü qalib gəlsə, biz onların revanşını təşkil edə bilərik”.

Qeyd edək ki, Makqreqor növbəti döyüşünü gələn ilin 18 yanvarında Las-Veqasda, Həbib isə 18 apreldə keçirəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 390 06.12.19 20:12