Bu qız tanışları ilə birgə bibisinin evindən oğurluq etdi - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bu qız tanışları ilə birgə bibisinin evindən oğurluq etdi - FOTOLAR

Cəlilabadda bibisinin evindən oğurluq etdirən şəxs və dəstənin digər üzvləri saxlanılıblar.

Median.Az
DİN-ə istinadən xəbər verir ki, Cəlilabad rayonunda fərdi yaşayış evlərindən birindən oğurluq edilib. Ev sahibi evdə olmadığı müddətdə mənzildən 800 ABŞ dolları, 265 manat və 6690 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Hadisənin Bakı şəhər sakini Ziya Xasayzadə, Masallı rayon sakini İlyas Mikayılov, Ağdam rayon sakini Emin Məmmədov və Cəlilabad rayon sakini Esmira Həsənova tərəfindən törədildiyi müəyyən edilib və həmin şəxslər qısa zamanda tutularaq istintaqa təqdim ediliblər.

Qeyd edək ki, oğurluq edilən mənzilin sahibi dəstə üzvü Esmira Həsənovanın bibisinə məxsus olub. O, hadisə günü evdə heç kimin olmadığını bildiyi üçün digər şəxslərlə birlikdə oradan oğurluq edib.

Dəstə üzvləri Bakı şəhərindən Cəlilabad rayonuna Emin Məmmədovun "Opel” markalı avtomobili ilə gəliblər. Hadisədən sonra isə onlar elə həmin nəqliyyat vasitəsi ilə də paytaxta qayıdıblar. Faktla bağlı dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq əməliyyat tədbirləri davam etdirilir.






скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 137 06.12.19 17:20