Yasamalda və Xətaidə evdən qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yasamalda və Xətaidə evdən qızıl əşyalar oğurlayan şəxslər saxlanılıb
Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evdən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Hüseynov saxlanılıb.

Cinayətdə iştirak etmiş daha bir nəfərin şəxsiyyəti müəyyən edilib və axtarışı aparılır.

Bundan başqa, Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları tərəfindən dekabrın 2-də rayon ərazisindəki evdən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan Bakı şəhər sakini H.Məmmədov saxlanılıb.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işlərii başlanılıb.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          694 06.12.19 11:34