Prezident zəlzələ nəticəsində evi ziyan çəkmiş ailənin evində olub - FOTO + VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Prezident zəlzələ nəticəsində evi ziyan çəkmiş ailənin evində olub - FOTO + VİDEO
Dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş 44 mənzilli yaşayış binasında yaradılmış şəraitlə tanış olub.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev Fərdar Həsənovun mənzilində yaradılan şəraitlə maraqlandı.

Dövlətimizin başçısı çay süfrəsi arxasında ailə üzvləri ilə söhbət etdi.

Fərdar Həsənov və anası Xuraman Həsənova göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.









скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          919 05.12.19 22:32