Prokuror kafedə müdirini qətlə yetirən şəxsə ağır cəza istədi » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |     17:03 Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - VİDEO  |     16:46 Azərbaycanın xarici dövlət borcu açıqlandı  |     16:42 Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi  |     16:40 Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - DETALLAR  |     16:31 İsrail Livanda "Hizbullah"ın iki komandirini öldürüb  |     16:28 Prezident: “COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq”  |     16:28 Azərbaycanda 51 kiloqram narkotik aşkarlanıb, həbs olunanlar var - FOTO/VİDEO  |     14:23 Ukraynanın yeni səfiri Azərbaycana gəlib  |     14:15 Bakıda əmisini ov tüfəngi ilə öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub  |     13:49 Viktor Orban Ukraynada münaqişənin bitəcəyi vaxtı proqnozlaşdırıb  |     13:37 Azərbaycanda elektron siqaretlər qadağan olunsun - Deputatdan TƏKLİF  |     13:24 Yoldan keçən avtomobillərə “silah” tuşladı, polis hərəkətə keçdi - VİDEO  |     13:22 Bakıda kafedən minlərlə manat oğurlanıb  |    

Prokuror kafedə müdirini qətlə yetirən şəxsə ağır cəza istədi

Bakıda kafedə qətl törtməkdə təqsirləndirilən Əmrah Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

O, Ə.Hüseynovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses dekabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonunda, 9 saylı yataqxananın qarşısındakı kafedə baş verib. Həmin kafenin icarədarı, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Danzik kəndində anadan olmuş, 1972-ci il təvəllüdlü Sadıqov Zahid Yaqub oğlunun üzərində xəsarətlər olan meyiti kafedə aşkar edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsini törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Hüseynov Əmrah Xəyal oğlu tutularaq istintaqa cəlb edilib.

Məlumata görə, Ə.Hüseynov hadisədən əvvəl kafedə Z.Sadıqovla yemək yeyib və spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə olan tanışlar arasında mübahisə yaranıb və nəticədə Ə.Hüseynov kafenin icarədarını qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            801 05.12.19 22:11