Bakıda yaşlı qadını sifarişlə öldürüb, evini yandıran dəstənin məhkəməsi başlayıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Bakıda yaşlı qadını sifarişlə öldürüb, evini yandıran dəstənin məhkəməsi başlayıb - FOTO

Bakı Ağır Cinayətlərdə Məhkəməsində Amil Piriyev, Şaiq Pirəliyev, Ziya Dadaşov, Namiq Niftullayev, Namik İbrahimov və Həmidə Həsənovanın CM-nin 120.2.1 (qəsdən adam öldürmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 120.2.5-ci (qəsdən adam öldürmə, tamah məqsədi ilə və ya sifarişlə törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, bu il aprelin 17-də səhər saatlarında paytaxtın Nizami rayonunun Azər Manafov küçəsi ev15/21 ünvanında yanğın hadisəsi baş verməsi barədə Nizami RPİ 25-ci polis şöbəsinə məlumat daxil olub. Hadisə yerinə baxış zamanı mənzilin sahibi və həmin ünvanda tək yaşayan Validə İbrahimovanın (1946-cı il təv.) yanmış meyiti aşkar olunub.

Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, qadın yanğından əvvəl boğularaq qətlə yetirilib.

DİN Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Nizami RPİ 25-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziya Dadaşov və Füzuli rayon sakini Amil Piriyev saxlanılıblar. Onlar ifadələrində hadisə günü “Leyla” kimi tanıdıqları şəxsin sifarişi ilə V.İbrahimovanın mənzilinə tamah məqsədi ilə daxil olduqlarını, onu qətlə yetirəndən sonra isə izi itirmək məqsədi ilə mənzili və meyiti yandırdıqlarının bildiriblər. Hadisədən sonra həmin şəxslər V.İbrahimovanın qızıl-zinət əşyalarını, mobil telefonunu və 120 manatını ələ keçiriblər. Qeyd edək ki. Z.Dadaşov və A.Piriyev saxlanılan zaman qızıllar onlardan aşkar olunaraq maddi sübut kimi götürülüb.

Aprelin 21-də polis əməkdaşları tərəfindən keçirilmiş əlavə əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayətin sifarişçisi, paytaxt sakini əvvəllər məhkum olunmuş Həmidə Nəsibova da saxlanılaraq istintaqa təqdim edilib.

H.Nəsibova ifadəsində Z.Dadaşov və A.Piriyevlə tanışı V.İbrahimovanı qətlə yetirtmək üçün əvvəlcədən razılığa gəldiyini etiraf edib.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış dekabrın 10-na təyin edilib.











скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 790 05.12.19 16:00