Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO
Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

“Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub”.

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

“Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar”.





скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          507 02.12.19 18:29