Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

2019-cu ilin 11 ayı ərzində İİV-ə (İnsanda immunçatışmazlığı virusu) yoluxma halları faktı 592 nəfərdir. Onlardan 563-ü (95 faiz) Azərbaycan vətəndaşı, 29 nəfəri (5 faiz) əcnəbidir.

Bnu 1 dekabr - Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri Natiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, qeydiyyata alınmış 563 Azərbaycan vətəndaşının 371-i kişi, 192-i qadındır:

“Bu ilin 1 dekabrına qədər Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzində 6774 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 69,4 faizi (4701 nəfər) kişi, 30,6 faizi (2073 nəfər) qadındır.

Bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfərdir. İndiyədək QİÇS mərhələsində olanların sayı 1765 nəfər olub. İİV infeksiyasından ölmüş vətəndaşların sayı 1045 nəfərdir”.

“2019-cu ilin 11 ayının sonuna RQMM tərəfindən qeydiyyata götürülən vətəndaşların 41 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 47,8 faizində heteroseksual, 3 faizində homoseksual kontakt nəticəsində, 1,6 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində baş verib. 6,6 faizində yoluxma yolu müəyyən edilməkdədir”, - deyə N.Zülfüqarov qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə rəhbəri Hande Harmancı bildirib ki, 2019-cu ilin iyun ayına olan məlumata əsasən, hazırda dünyada İİV-lə yaşayan insanların sayı 37,9 milyon nəfərdir:

“Onlardan yalnız 24,5 milyonu antiretovirus (ART) müalicə ilə əhatə olunub. İİV-in anadan uşağa ötürülməsinin qarşısının alınması məqsədilə bu xəstəliklə yaşayan hamilə qadınların 82 faizi ART-yə cəlb edilib.

1997- ci illə müqayisədə, İİV-ə yeni yoluxma halları 40 faiz azalıb və 2018-ci ildə onların sayı 1,7 milyon nəfər olub. Şərqi Avropa və Mərkəzi Asiya regionunda yeni yoluxanların 95 faizi risk qrupuna mənsub olan şəxslər və onların cinsi partnyorlarıdır. Təqribən 8,1 milyon insan isə bu xəstəliyə yoluxduğu haqda məlumatsızdır”.

H.Harmancı qeyd edib ki, 2004-cü illə müqayisədə, bu xəstəlikdən ölənlərin sayı 56 faiz azalıb və 2018-ci ildə 770 min nəfər təşkil edib:

“Epidemiya başlandığı andan 2018-ci ilin sonuna kimi isə ümumilikdə 32 milyon insan vəfat edib. İİV-ə yoluxmanın, əsasən, narkotiklərdən istifadə zamanı keçdiyi qeyd edilsə də, bu gün insanlar bu xəstəliyə daha çox transseksual yollardan yoluxurlar”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 840 02.12.19 17:45