Bakıda iranlı tələbə ölümlə təhdid edilib.
2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı polisə müraciət edərək bildirib ki, onun həyatı təhlükədədir.
Noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu H. Hanifehzadehi ölümlə hədələyib.
Qeyd edək ki, H. Hanifehzadeh İran vətəndaşıdır. O, Azərbaycan Tibb Universitetinin ikinci kurs tələbəsidir.
Faktla bağlı araşdırma aparılır.