Median.Az xəbər verir ki, Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Bakı şəhər sakini R.İxtiyarlı saxlanılıb.
Qaradağ RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.