Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanın yeni Ombudsmanı kimdir? - DOSYE

Bu gün Milli Məclisin iclasında İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) seçilməsi haqqında məsələyə baxılıb.

Ombudsmanlığa üç nəfərin namizədliyi müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra məsələ deputatların səsverməsinə çıxarılıb və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşı Səbinə Əliyeva İnsan Hüquqları üzrə Müvəkkili seçilib.

Belə ki, iclasda iştirak edən deputatlardan 104 nəfər onun Ombudsman olmasının lehinə səs verib.

Oxu.az Ombudsmanın qısa tərcümeyi-halını təqdim edir:

Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. O, Bakı Dövlət Universitetini bitirib. Daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib (Beynəlxalq münasibətlər). İxtisasca hüquqşünasdır.

S.Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində çalışır. Daha əvvəl müfəttiş-kargüzar, böyük mütəxəssis, Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin köməkçisi vəzifələrində çalışıb.

S.Əliyeva hüquq üzrə fəlsəfə doktorudur. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

3-cü dərəcəli Dövlət müşaviridir. Hazırda Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutur. İki övladı var.

Qeyd edək ki, bu vəzifəyə Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 804 29.11.19 15:27