Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində regional şöbəsi əməkdaşlarının Lənkəran rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Şağlaküçə kənd sakini Ş.Əsgərovun idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış zamanı 3 kq. 255 qram, yaşadığı evə baxış zamanı isə 9 kq. 266 qrama yaxın marixuana, habelə 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilib.
Narkotik vasitələrin satışında ona vasitəçilik edən Qurumba kənd sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov da saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.