Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda


Qobustanda palçıq vulkanları ilə bağlı turizm kompleksi yaradılacaq
Növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub.

Bunu Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək:

“Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək”.

Aparat rəhbəri qeyd edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var:

“Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb”.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          920 29.11.19 14:50