Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqladılar » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |    

Kibermütəxəssislər ilin ən qorxulu tendensiyasını açıqladılar

Kiberhücumların qarşısının alınmasında ixtisaslaşan Beynəlxalq “Group-IB” şirkəti açıq hərbi əməliyyatlarda kiber silahdan istifadəni 2019-cu ilin ən qorxulu tendensiyası olaraq tanıyıb.

Lenta.ru-nun məlumatına görə, bu barədə şirkətin Sinqapurdakı “CyberCrimeCon” kibertəhlükəsizlik konfransında təqdim etdiyi hesabatında deyilir.

“2017 “WannaCry”, “NotPetya” və “BadRabbit” kriptoqrafik viruslarının epidemiyası ili seçilmişdi, 2018-ci ildə “side-channel”in mikroprosessorlarda zəifliklərlə əlaqəli təhdidlərə zəif hazırlığı aşkarlandı. Lakin 2019 açıq hərbi kiberəməliyyatlar ili oldu”, - deyə “Qrup-İB”nin texniki direktoru Dmitri Volkov bəyan etdi.

O, dövlətlərarası qarşıdurmaların yeni forma aldığını və kiberfəaliyyətin bu qarşıdurmada aparıcı rol oynamağa başladığını vurğulayıb.

Dünyanın ən təhlükəli hakerləri Rusiyada qeydə alınıb. Onlar milyardlar oğurlayırlar və onları dayandırmaq mümkün deyil.

Bunun yanında belə hakerlərin fəaliyyəti illərlə görünməz qala bilər, onların çox az qismi ictimaiyyətdə məlum olur.

Kiber silahların siyasi məqsədlər üçün istifadəsinə nümunə olaraq, Volkov Venesueladakı “blekakaut”u göstərib.

“Group-IB”yə görə, kiberməkanda manipulyasiyalar, məsələn, müxtəlif ölkələrdə internetin kəsilməsi sosial və iqtisadi ziyana, habelə dövlətlərdə vəziyyəti gərginləşdirməyə səbəb ola bilər.

2018-ci ilin ikinci yarısı və 2019-cu ilin birinci yarısının müşahidəsi zamanı mütəxəssislər dövlətə sponsorluq edən çoxsaylı əvvəllər adı məlum olmayan qruplar aşkar ediblər. “Group-IB”, yeddisi casusluq məqsədi daşıyan 38 haker qrupunun fəaliyyətinə diqqət çəkib. Belə qruplardan biri olan “RedCurl” sığorta, konsaltinq və tikinti şirkətlərinə hücum edir. Hücumlar üçün qanuni servislərdən istifadə edir ki, bu da şirkətin infrastrukturunda onun aşkarlanmasını çətinləşdirir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 468 29.11.19 13:31