Şaxta olacaq, yağış yağacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:32 Hesablama Palatası “toxum subsidiya"larının verilməsi ilə bağlı nöqsanları açıqlayıb  |     20:26 Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: CİNAYƏT İŞİ  |     20:25 Ceyhun Bayramov Şavkat Mirziyoyevlə görüşüb  |     19:29 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     19:18 İran səfiri Çexiya XİN-ə çağırıldı  |     18:22 Sabah Sumqayıtın bir hissəsində su olmayacaq  |     17:45 Bulvarda gəzinti gəmiləri niyə işləmir?  |     17:19 Hacı Əliyev səhhəti ilə bağlı problemə aydınlıq gətirdi  |     16:42 İmtahan nəticələri elan olundu  |     16:40 Dövlət müəssisələrinə təhkim edilmiş 120 hektar sahə zəbt edilib  |     16:12 “TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu  |     16:06 Quzu ətinin qiymətinə satılan qulançar - VİDEO  |     15:40 Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO  |     15:38 52 yaşlı kişi xəstəliyinə görə intihar edib  |     13:39 Qazaxıstan prezidentindən Ermənistan və Azərbaycana TƏKLİF  |     13:07 Ermənistan və Qazaxıstan arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb - YENİLƏNİB  |     12:37 Nazirlikdən sahibkarlara xəbərdarlıq: “Saxta müfəttişlər cərimə ilə təhdid edərək yoxlama aparıblar”  |     12:35 Bakıda maşın qaçırıldı  |     12:35 Azərbaycanda 49 kiloqram narkotik aşkarlanıb  |     12:32 Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb  |    

Şaxta olacaq, yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 29-da havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi günün ikinci yarısında cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 698 28.11.19 14:30