Median.Az xəbər verir ki, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Babayev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 0,233 qram heroin götürülüb.
Saxlanılan şəxsə məxsus Şurabad qəsəbəsində yerləşən fərdi yaşayış evində narkotik maddə olan tiryək, satış üçün kibrit qutularında və sellofan bükümlərdə saxlanılan ümumi çəkisi ,5 kq. yaxın marixuana, həmçinin 1 ədəd əl qumbarası, 1 ədəd partladıcı və 17 ədəd 9 mm patron aşkar edilib.
Xızı RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.