Median.Az xəbər verir ki, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Bərdə RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də rayon ərazisindəki evdən 4500 manat dəyərində məişət əşyaları oğurlayan Sorəlli kənd sakini, əvvəllər məhkum olunmuş
E.Səmədov saxlanılıb.
Bərdə RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.