"Facebook"da yenilik: buna görə maliyyə mükafatı alacaqsınız » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

"Facebook"da yenilik: buna görə maliyyə mükafatı alacaqsınız

"Facebook" sosial şəbəkəsi tərəfindən amerikalı istifadəçilər üçün təqdim edilmiş "Viewpoints" proqramında istifadəçilər sorğularda iştiraka və başqa tapşırıqların yerinə yetirilməsinə görə maliyyə mükafatı ilə qiymətləndiriləcək.

Median.Az
"ictnews"a istinadən xəbər verir ki, bu haqda şirkətin bloqunda məlumat verilib.

Hazırda xidmət yalnız amerikalı istifadəçilər üçün əlçatandır, ancaq "Viewpoints" artıq 2020-ci ildə başqa ölkələrdə də əlçatan olacaq.

Yalnız "Facebook"da qeydiyyatdan keçmiş və yaşı 18-dən yuxarı olan insanlar bu mobil tətbiqdən istifadə edə biləcəklər. Lakin xidmət onların fərdi məlumatlarını (elektron poçt ünvanı, yaşayış yeri, doğum tarixi, ad və soyad, bəzən isə olduğu yeri) istəyəcək.

"Facebook"un nümayəndəsi bildirib ki, şirkət "Viewpoints" tətbiqini yalnız öz məhsulunu yaxşılaşdırmaq üçün çıxarıb, toplanmış məlumatlar üçüncü şəxslərə verilməyəcək.

Mütəxəssislər sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarının itkisi ilə bağlı çoxsaylı qalmaqallara görə artıq "Facebook"un bu təşəbbüsünü tənqid ediblər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 008 27.11.19 23:50