Median.Az xəbər verir ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki bir evdən 2400 manat və bir evdən planşet oğurlayan şəhər sakini V.Musazadə saxlanılıb.
Bundan başqa, ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 1326 manat və qızıl-zinət əşyaları oğurlayan şəhər sakini A.Fətullazadə saxlanılıb.
ŞRPŞ İstintaq bölməsində faktlarla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işləri başlanılıb.