“Azərsu”dan Bakıda zirzəmisinə kanalizasiya axıdan bina ilə bağlı - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

“Azərsu”dan Bakıda zirzəmisinə kanalizasiya axıdan bina ilə bağlı - AÇIQLAMA

Bakının Xətai rayonu, Sadıqcan küçəsində kanalizasiyanın yaşayış binasının zirzəmisinə axıdılmasının qarşısı alınacaq.

Bunu Oxu.Az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.


Onun sözlərinə görə, artıq əraziyə xüsusi texnika cəlb edilib:

“Sözügedən bina yarımçıq tikilidir və orada məcburi köçkünlər məskunlaşıb. Demək olar ki, oradakı kanalizasiya xətləri vətəndaşlar tərəfindən çəkilib. Nəticədə, normal kanalizasiya sistemi qurulmayıb. Ona görə də orada tutulmalar olur, xətlər qırılır. Artıq Xətai Rayon Su-kanal İdarəsi tərəfindən ərazidə əsaslı işlər görüləcək”

Qeyd edək ki, ötən gün Xətai rayonu, Sadıqcan küçəsində yerləşən binanın sakinləri oranın kanalizasiyasının zirzəmiyə axıdılması ilə bağlı Oxu.Az-ın redaksiyasına videogörüntü göndəriblər.

Binada 250-yə yaxın ailə yaşayır.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 913 27.11.19 13:52