İnterpol qadınlara qarşı cinayət törədən səkkiz kişini axtarır. Siyahıda azərbaycanlı Nuran Musayevin də adı var.
Bu barədə təşkilatın saytında məlumat verilib.
“Qadınlara qarşı Zorakılığın Ləğv olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə təsadüf edən bu çağırış bütün dünyada qız və qadınların zorakılıqla üzləşməsinin bariz nümunəsidir”, - deyə İnterpolun saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, iki qadının ölümündə ittiham olunan 37 yaşlı kişinin adı İnterpolun “Qırmızı xəbərdarlıqlar” siyahısındadır.
/oxu.az/