Zəhərlənən altı tələbədən dördü evə buraxılıb.
KTM-dən oxu.az-a verilən məlumata görə, dörd nəfərin vəziyyəti həkimlər tərəfindən yaxşı qiymətləndirilib.
İki nəfərdən biri son müayinələrdən sonra evə buraxılacaq, digər tələbənin vəziyyəti isə kafidir. Hələlik onun müalicəsi xəstəxanada davam etdiriləcək.
* * * * *
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda tələbələr təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə gətiriliblər.
Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
Tələbə qızların dediyinə görə, hadisə kirayələdikləri Qara Qarayev pr. 76, mənzil 28-də baş verib.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.