Dünyada hər üç dəqiqədən bir qadın... » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |     11:41 Elektromobillərlə bağlı YENİ QƏRAR: Azərbaycan gələcəyə yatırım edir  |     11:39 Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA (VİDEO)  |     11:37 Məşhur qapıçı iki sarı vərəqə alsa da, meydandan qovulmadı  |     11:23 Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO  |     22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |    

Dünyada hər üç dəqiqədən bir qadın...

"Bu gün dünyada hər 3 qadından biri nə zamansa zorakılıq qurbanı olub. Hər üç dəqiqədə bir isə bir qadın öldürülür. Bu kimi halların qarşısını almaq üçün BMT 1999-cu ilin 25 noyabr tarixini Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü kimi qəbul olunub. Statistika göstərir ki, bu qadınlar daha çox öz həyat yoldaşları tərəfindən zorakılığa məruz qalır. Belə ki, bu gün qadınların 68 faizi həyat yoldaşları, 11.9 faizi keçmiş həyat yoldaşı, 2.9 faizi isə keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalıb". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Gender Əsaslı Zorakılığa Qarşı 16 günlük Fəallıq Kampaniyasının açılış günündə çıxışı zamanı deyib.

UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Edvard Karvardin isə zorakılıq törətmiş şəxslərə qarşı cavab tədbirlərinin görülməsindən söz açıb:

"Gənc qadınları zorakılıq qurbanlarının sığınacağında görmək, onların acılarını eşitmək dəhşətlidir. Ümumiyyətlə qadınlara qarşı zorakılıq ölkə üçün həm də iqtisadi zərbədir. Unutmamalıyıq ki, qadınlara qarşı zorakıllq həm də bütün cəmiyyətə qarşı zorakılıqdır. Biz 16 günlük fəallıq proqramı çərçivəsində cavab tədbirlərinin görülməsi istiqamətdində də addım atacağıq. Zorakılıq törətmiş şəxslər cəzasız qalmamalıdırlar. Qadınlara qarşı zorakılığın müasir Azərbaycanda yeri yoxdur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            956 25.11.19 23:35