Axtarışda olan 4 min 458 nəfər sərhəddə sax­la­nılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Axtarışda olan 4 min 458 nəfər sərhəddə sax­la­nılıb

Bu il saxta və özgə­sinə məxsus sənədlərlə dövlət sərhədindən keçməyə cəhd edən 505 nəfər, axtarışda olduğuna görə 4 min 458 nəfər sax­la­nılıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, bu barədə DSX rəh­bərliyinin, DSX Sərhəd Nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nə­zarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrində mövcud vəziyyətlə əlaqədar xidməti müşavirədə deyilib.

Xidməti müşavirədə general-polkovnik Elçin Quliyev Azərbay­can Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Ko­man­danı cənab İl­ham Əliyevin rəhbərliyi altında görülmüş işlər nəti­cəsində son illər ərzində xarici ölkələrlə so­sial-iqtisadi münasi­bətlərin inkişafı, qar­şılıqlı faydalı ticarət əlaqə­lə­rinin geniş­lən­di­rilməsi və ölkə­mizə turizm axının artması ilə əla­qə­dar dövlət sərhədindən buraxılış məntəqə­lərin­dən keçən şəxslərin və nəqliyyat vasitələrinin sayının ciddi artımı şə­rai­tində DSX-nin sər­həd nəzarətinin xidməti fəaliyyə­tinin daha da güc­ləndirilməsinin mü­hüm əhəmiyyət kəsb etməsini qeyd edib.

Dövlət sərhədindən buraxılış məntəqələrinin fəaliyyətinin statis­tik göstəricilərində müsbət dinamikanın müşahidə olunması, bu nai­liy­yətlərin əldə olunma­sında həyata keçirilmiş islahatların və struktur dəyişikliklərin mühüm rol oynaması vurğulanıb. Belə ki, cari ildə 15 milyon 612 min 117 şəxs (2018-ci il ilə nisbətdə 11% artım) və 1 milyon 960 min 403 nəqliyyat vasitəsi (2018-ci il ilə nisbətdə 12% artım) dövlət sərhədindən buraxılıb.//baku.wsскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            986 25.11.19 22:00