Azərbaycanda qısqanc qardaş bacısının başını kəsdi - FOTO - RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |     11:56 Bakıda yaşlı kişi oğlu tərəfindən vəhşicəsinə döyüldü  |     11:55 Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı: “Bir əli ilə ağzımı tutdu və yerə yıxdı” - Qətlin TƏFƏRRÜATI  |     11:53 Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO  |     11:52 Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO  |     11:51 Azərbaycanlı TIR sürücüsü üç aydır Gürcüstan sərhədini keçə bilmir - VİDEO  |     11:45 Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA  |    

Azərbaycanda qısqanc qardaş bacısının başını kəsdi - FOTO - RƏSMİ AÇIQLAMA

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baku.ws-a açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1996-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilb.

İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzalıyevaya çoxsaylı xəsarətlər yetirməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Fərzalıyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə dindirilərkən A.Fərzalıyevanı qəsdən öldürməsini etiraf edib.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

***09:44

Xırdalanda qardaş qısqanclıq zəmnində bacısı qətlə yetirib.

BAKU.WS xəbər verir ki, dünən qardaşı əri həbsdə olan bacısı 1999-cu il təvəllüdlü Ayşən Asəf qızı Fərzəliyevanın başını kəsib.

Bu barədə Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə "Facebook" səhifəsində yazıb:

“2014-cü ildə A.Fərzəliyevanın anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər.

Aytən polisə məlumata vermişdi ki, onları ölüm həddinə atası çatdırıb. Bundan sonra atası 4 il müddətinə həbs edildi.

Qətlə yetirilən qadın hüquq-mühafizə orqanları tərəfindən bizim sığınacağa yerləşdirildi. Sonra isə Ümid adlı şəxslə tanış olduqdan sonra sığınacağı tərk etdi.




Ailəsi ilə aralarında ev üstündə mübahisə var idi. Sənədlərini qaydasına salıb ailəsini məhkəməyə vermək istəyirdi.


İndi eşidirəm ki, qardaşı namus üstündə onu öldürüb.

Mərhumun əxlaqsızlıq etməsinə inanmıram. Heç bir yaşı olmayan övladı yetim qaldı. Körpə indi Aytənin rəfiqəsindədir".

K.Ağazadə söyləyib ki, A.Fərzalıyeva dünən qardaşı Babək Fərzalıyevlə görüşüb:

“Mən bildiyim qədəri ilə qardaşı onu aldadıb, anası və bacısının qəbri üstünə aparıb. Sonra da qızı öldürüb. Onların görüşü barədə mənə məlumatı dünən gecə Aytənin qayınanası dedi.

Yenə də səbəb olacaq ki, guya qardaş bacısını namus üstündə öldürüb.

Onlar hansı namus, hansı qeyrətdən danışırlar? Aytən balaca olanda kafedə işləyib, evə atasına pul aparırdı. O, məktəbə getmirdi. Anası çox fağır bir qadın olub.

Onların evlərində həmişə qalmaqal, şiddət olurdu.

Belə də qisas olar? Qardaş onu aldadaraq aparıb öldürüb. Mənə elə gəlir ki, bu işdə onun atasının da əli var”.

Qeyd edək ki, qətlin qısqanclıq zəminində törədildiyi bildirilir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 593 25.11.19 11:21