Moskvanın və Bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevə təşəkkür edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Moskvanın və Bütün Rusiyanın patriarxı Prezident İlham Əliyevə təşəkkür edib

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

AZƏRTAC-ın məlumatıbna görə, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!

Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.

Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 154 23.11.19 17:28