Cənubda payız, şimalda qış: Qəbələ ağ örpəyə bürünüb – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Cənubda payız, şimalda qış: Qəbələ ağ örpəyə bürünüb – VİDEO

Qəbələ sakinləri və rayona gələn yerli və xarici turistlər hazırda burada iki fəslin vəhdətini yaşayırlar. İki gündür ki, rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.

Median.Az
Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Qəbələ şəhərinin şimalındakı kanat yolu ilə dağlara qalxan zaman hər kəs qışın gözəl təbiət mənzərəsini seyr edə bilir. Rayona ilk qarın yağması "Tufandağ" Qış-Yay Turizm Kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Xüsusən də isti ölkələrdən Qəbələyə istirahət etməyə gələn ərəb turistlər bu anı yaşamaqdan xüsusi zövq alırlar.

Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir, "Tufandağ" otelində istirahəti təmin olunur.

Səudiyyə Ərəbistanından olan turistlər bildirib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması çox maraqlıdır.

"Tufandağ" otelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qardan yararlanaraq yüksək səviyyədə istirahət etməyə çalışırlar.

Onlar bu gözəl anları videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, xizəklə sürüşür, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar. Rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla 4 istiqamətə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini heç kim əldə buraxmaq istəmir. Qış turizmindən həzz almaq üçün son iki gündə Qəbələyə gələn turistlərin sayı xeyli artıb.
Kanatla dağlardan aşağı, yəni Qəbələ şəhərinə doğru qayıtdıqda isə qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir.

Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar...скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 117 22.11.19 22:49