Sabirabadda 80 yaşlı kişini avtomobil vurub.
Median.Az-ın APA-ya istinadən məlmatına görə, hadisə axşam saatlarında Sabirabad şəhərinin H.Əliyev prospektində qeydə alınıb.
"VAZ 2107" markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1939-cu il təvəllüdlü Xudiyev Əli Feyruz oğlunu vurub. Piyada ağır xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.