Bakının Sabunçu rayonunda 55 yaşlı kişi yüksəklikdən yıxılaraq ölüb.
Median.Az oxu.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi 5 ünvanında yaşayan və orada fəhlə kimi çalışan Beyləqan rayon sakini, 1964-cü il təvəllüdlü Sərvər Ənvər oğlu Əhmədov qəsəbədəki O.Əfəndiyev küçəsində yerləşən dağlıq ərazidə gedərkən ayağı sürüşərək 10 metr hündürlükdən yerə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.