Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin "Ət kombinatı" adlanan ərazisində qeydə alınıb.
Yol qəzası zamanı 1999-cu il təvəllüdlü Abbasov Niyaməddin Tofiq oğlu və 2004-cü il təvəllüdlü Abbasov Nicat Tofiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hər iki xəstənin vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.