Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycanda rus dilində təhsil almaq imkanları genişləndirilir

Azərbaycanda tədrisin rus dilində aparıldığı 338 məktəb fəaliyyət göstərir ki, bu məktəblərdə 130 mindən çox şagird təhsil alır. Bununla yanaşı, üç mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu barədə Moskvada keçirilən X Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “Humanitar sahədə əməkdaşlıq” mövzusunda təşkil olunan dəyirmi masada Azərbaycan tərəfindən moderator qismində çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov məlumat verib.

Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə danışan F.Qurbanov Azərbaycanda rus dilinə göstərilən qayğını xüsusi vurğulayaraq, bu dilin tədrisinin qorunub saxlanması və inkişafı, o cümlədən rus dilində təhsil almaq imkanlarının genişləndirilməsi üçün ölkəmizdə Təhsil Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyünü qeyd edib.

Məktəblilər arasında rus dilinə olan marağın artdığını vurğulayan nazir müavini 2008-ci ildən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə hər il ənənəvi olaraq keçirilən rus dili və ədəbiyyatı üzrə respublika olimpiadası barədə məlumat verib.

Rus dilinin tədris dili kimi ali təhsil müəssisələrində də geniş istifadə olunduğunu qeyd edən F.Qurbanov iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın inkişafı, Rusiya-Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının fəaliyyəti haqqında məlumat verib.

Sözügedən “dəyirmi masa”da Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, AMEA-nın vitse-prezidenti İbrahim Quliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, Gəncə Dövlət Universitetinin elm və texnika üzrə prorektoru Pərvin Kərimzadə, Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müşaviri Çingiz Əliyev və Azərbaycan Dillər Universitetinin Rusiyaşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Məmməd Əliyev çıxış ediblər.

Tədbirdə, həmçinin Azərbaycanın digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.//azvision.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            937 22.11.19 20:22