Bakıda avtobus sürücüsündən uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət – RƏSMİ AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Bakıda avtobus sürücüsündən uşaqlı qadına qarşı insanlığa sığmayan hərəkət – RƏSMİ AÇIQLAMA

Bu gün Bakının Yasamal rayonunda avtobus sürücüsü qadın sərnişinə qarşı xoşagəlməz hərəkət edib.

Bu barədə vətəndaş BAKU.WS-in “qaynar xətti”nə şikayət edib. Şikayətçi bildirib ki, hadisə Yasamal rayonu ərazisində, “20 yanvar” metrosu yaxınlığında “İnşaatçılar” stansiyasına gedən istiqamətdə avtobus dayanacağında baş verib.

Belə ki, B.Ə. adlı qadın iki uşaqla birlikdə 211 saylı avtobusa minmək istəyib. Uşağın birinin 4 yaşı, digərinin isə 1 yaşı var.

Qadın gəzinti üçün nəzərdə tutulan və asan yığılan, kiçik ölçülü uşaq arabası ilə avtobusa minmək istəyib.

Sürücü isə qadını və uşaqlarını avtobusa minməyə imkan verməyib.

Sərnişinlər çox olduğu üçün qadın ön qapıdan salona daxil olub.

Bu zaman sürücü qadını aldadaraq düşməsini və arxa qapıya yaxınlaşmasını bildirib.

Qadın uşaqlarla və araba ilə birlikdə ön qapıdan düşərək arxa qapıya yaxınlaşsa da sürücü qapını bağlayaraq sürətlə dayanacaqdan uzaqlaşıb. Avtobusda olan sərnişinlər sürücüdən avtomobili saxlamasını tələb etsələr də bu bir nəticə verməyib.

Hadisəni 211 saylı, 10 TF 965 dövlət nömrə nişanlı avtobusun sürücüsü törədib.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirilib ki, məsələ araşdırılacaq və mütləq həmin sürücü barədə ölçü götürüləcək.
Məsələni diqqətdə saxlayacağıq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 234 22.11.19 18:44