Brilliant Dadaşova: Gəlinimin şou-biznes nümayəndəsi olmasını istəmirəm » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Brilliant Dadaşova: Gəlinimin şou-biznes nümayəndəsi olmasını istəmirəm

Ən böyük arzum tezliklə nənə olmaqdır.

Bunu Xalq artisit Brilliant Dadaşova “Show news” proqramına açıqlamasında bildirib.

“Nənə olmaq gözəldir. Amma zəmanə dəyişdiyi üçün indiki uşaqlar hər kəsi adı ilə çağırır. Çox istəyərəm ki, mənə nənə desinlər. Oğlum mənə təklikdə Brilliant, insanlar arasında isə mama deyir.

Oğlum Cahadın şou-biznes nümayəndəsi ilə evlənməsinə icazə vermərəm. Özüm sənətdə olsam da, heç vaxt şou göstərməmişəm. Oğlumun alacağı qızın musiqiçi olmasını istəyərəm. Özü sənətçi birini sevsə, alaram. Şou göstərmək mənlik deyil. Şou əhli akrobatik hərəkətlər edən və tamamilə başqa təbiətli insanlar olur.

Gündəm olsun deyə heç bir hərəkətlərdən çəkinmirlər. O, mənlik deyil. Gəlinim də mənim kimi ciddi olmalıdır. Gəlinim üçün ən ideal qayınana olacam. Oğlumun xoşbəxt olması üçün əlimdən gələni edəcəm. Qısqanc qayınana olmaram. Olanlar dünyagörüşü dar olan insanlardır”, - deyə Xalq artisti bildirib.
/oxu.az/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 100 22.11.19 17:33