Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Qaladakı qəzada ölənlər dəfn edildi, qonaq gedirlərmiş... - FOTO

Noyabrın 17-də Xəzər rayonunda baş verən dəhşətli qəzada ölən 4 nəfər Şamaxının Qızmeydan kəndində torpağa tapşırılıb.

Median.Az
"qafqazinfo"-ya istinadən xəbər verir ki, Qala qəsəbəsi ərazisində Bakı şəhər sakinləri - Hidayət Hümbətov və Vüqar Dadaşovun idarə etdikləri "VAZ-2105" və "BMW" markalı avtomobillər toqquşub.

Hadisə nəticədə H.Hümbətov və qızı Rəvanə, nəvəsi Rəvan, qardaşı Ağasəf hadisə yerində ölüb. Hadisə zamanı maşında olan H.Hümbətovun həyat yoldaşı Reyhan Sədullayeva və 5 yaşlı Əli isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

H.Hümbətov ailə üzvləri ilə həmin gün qızıgilə qonaq gedirlərmiş. Bunu "Qafqazinfo"ya açıqlamasında H.Hümbətovun oğlu Rəhman Hümbətov deyib. Onun sözlərinə görə, qəza baş verəndən sonra "BMW"in sürücüsü tərəfindən heç kim Hümbətovlar ailəsiylə maraqlanmayıb.

"Xəstələrimiz xəstəxanada qalıb. Maddi imkanımız da yoxdur. Anamın vəziyyəti yaxşı deyil. 10-RE-081 dövlət nömrə nişanlı "BMW"in sürücüsü Vüqar isə həbs edilməyib. Hazırda işin istintaqını Bakı Şəhər Baş Polis İdarəsi aparır", deyə o, qeyd edib.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 121 21.11.19 23:12