Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu — Suşi » Median.Az - Bütün xəbərlər bir ünvanda


Tələbə qızların hansı qidadan zəhərləndiyi məlum oldu — Suşi
BDU-nun yataqxanasında tələbə qızların hansı qidadan zəhərləndiyi məlum olub.

Median.Az xəbər verir ki, bu barədə unikal.org-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, qızlar qidalanmaq üçün restoranların birindən qaldıqları yataqxanaya "Suşi" sifariş veriblər: "Tələbələr "Suşi"ni yedikdən sonra özlərini pis his edib və təcili yardıma müraciət ediblər".

Qeyd edək ki, Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri - 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova ölüb.

1998-ci il təvəllüdlü, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi İbadova Həmidə və Kitabxanaçılıq fakültəsinin tələbəsi, onun həmyaşıdı Dilrubə Quliyeva xəstəxanaya yerləşdirilib.
скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          1 040 21.11.19 20:32