Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Gilan Holding” MMC-ni məhkəməyə verib.
Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən nazirlik şirkətin “Jalə” İstirahət Mərkəzinin fəaliyyətinin dayandırılmasına dair iddia tələbi irəli sürüb.
İddia ərizəsi məhkəmənin dəftərxanasına kağız daşıyıcıda 13 noyabr 2019-cu il tarixdə daxil olub.
Məhkəmə iddia ərizəsi üzrə materialları yoxlayaraq hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.
Belə ki, məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron
məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
Qeyd olunanlara əsasən, məhkəmə hesab edib ki, iddia ərizəsi məhkəməyə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmədiyindən geri qaytarılmalıdır.