Bakı küçələrinin sönən işığını kim yandırmalıdır? - ARAŞDIRMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |     17:48 İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı  |     17:04 Bakıda Puşkinin şərəfinə konsert keçiriləcək  |     16:28 Sürücülük hüququ olmadan idarə etdiyi maşınla qəza törətdi, məhkəmə zalında həbs olundu  |     16:17 Abel Məhərrəmov məhkəməyə verildi  |    

Bakı küçələrinin sönən işığını kim yandırmalıdır? - ARAŞDIRMA

Son zamanlar Bakı küçələrinin işıqlandırılması məsələsi gündəmdədir. İşıqlandırmanın olmaması qəzaların da sayını artırır. Redaksiyamıza göndərilən şikayətlərdən də məlum olur ki, Bakı küçələrinin əksəriyyətində işıqlandırma sistemi mövcud deyil.

Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə paytaxt küçələrinin zəif işıqlandırılması ilə bağlı fikirlər söyləyib.

Dövlət başçısı bu sahəyə ciddi diqqət göstərilməsinin vacibliyini qeyd edib:

“Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi, təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, ən çox piyada vurulmaları yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır:

“Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir. Günün qaranlıq saatlarında daha diqqətli olmalı, yaşayış məntəqələri olan yerlərdə sürət həddini maksimum aşağı salmalıdırlar.

Piyada vurulması ilə nəticələnən qəzaların böyük əksəriyyəti piyadaların yolu onlar üçün təyin olunmayan hissələrdən keçməsi nəticəsində baş verir”.

Bəs məsələ barədə qurumlar nə deyir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmsil etdiyi agentlik birbaşa olaraq küçə və prospektlərin işıqlandırılmasına cavabdeh olan qurum deyil:

“Bu məsələ ilə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi məşğul olur. Amma hər hansı ərazidə bizim qurum tərəfindən bərpa, yenidənqurma, tikinti işləri həyata keçirilən zaman orada işıqlandırma sistemi yoxdursa, biz çalışırıq ki, həmin ərazidə işıqlandırma sistemini layihəyə salaq və quraşdırılsın.

Biz işıqlandırma dirəklərini quraşdırdıqdan sonra aiddiyyəti üzrə quruma təhvil veririk. Amma yenə də orada işıqlandırma olmursa, bu, bizim səlahiyyətimizdə deyil”.

A.Nəcəfli bildirib ki, paytaxt küçələrinin işıqlandırma ilə təmin edilməsi üçün qurumlar iş görməlidir:

“Bu, o demək deyil ki, adiyyəti qurumlar gözləməlidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nə vaxt, hər hansı bir küçədə yenidənqurma işləri həyata keçirəcək və orada işıqlandırma sistemi yoxdursa, qurulacaq.

Onların birbaşa olaraq vəzifəsi odur ki, hər hansı bir küçədə, prospektdə işıqlandırma sistemi yoxdursa, bu sistem orada qurulmalıdır. Təsəvvür edin ki, bir küçədə 10 ildən sonra təmir nəzərdə tutulub. 10 il ərzində orada işıqlandırma sistemi quraşdırılmamalıdır?”

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bu gün ASC Azərbaycanda əhali və qeyri-əhali qrupuna daxil olan istehlakçılara uğurla xidmət göstərir:

“Hazırda ölkə üzrə 2,6 milyondan çox abunəçimiz var ki, onlar fasiləsiz elektrik enerjisi ilə təmin olunublar. Son açıqlanan rəqəmlər də bir daha əminliklə onu deməyə əsas verir ki, hazırda Azərbaycanda istehlakçşıların tam 100 faizi yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilir.

“Azərişıq” ASC-nin çoxsaylı qeyri-əhali qrupu istehlakçılarından biri də Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsidir. Nazirlər Kabinetinin qərarları və digər qanunvericilik aktlarına uyğun olaraq biz adıçəkilən qurumun fasiləsiz elektrik enerjisi ilə təchizatına cavabdehik.

Amma onların səlahiyyətinə aid olan Bakı şəhərinin küçələrin işıqlandırılması ilə bağlı məsələlərlə biz məşğul olmuruq. Bu səbəbdən də paytaxt küçələrinin işıqlandırılması ilə bağlı yaranan məsələlərə görə “Azərişıq” ASC məsuliyyət daşımır”.

Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı küçələri işıqlandırılmır və xüsusən eyni səviyyəli piyada zolaqlarında bunun olmaması gecə vaxtı piyadaların vurulmasına səbəb olur:

“Həmçinin, yollar elə qurulub ki, sürücünü sürətli sürməyə stimullaşdırır. Yəni işıqlandırma ilə yanaşı, küçələrdə təhlükəsizlik adacıqları qurulmalı və piyada zolaqları piyada səkiləri səviyyəsinə qaldırılmaqla və işıqlandırmaqla qəzaların qarşısını almaq olar.

Bu məsələyə daha geniş baxmaq gərəkdir və küçə yol şəbəkəsi yenidən ciddi təftiş olunmalıdır. Qeyd olunan məsələyə səkilərin vəziyyətinin bərbad olması piyadaların yolun hərəkət hissəsinə çıxmasına və qəza riskinin yaranmasına gətirib çıxarır.

Bəzi nişanların aşağı hündürlükdə qoyulması sürücülərin geri dönmə zamanı qarşı tərəfdən gələn nəqliyyat vastəsitəsini görməməsinə səbəb olur”.

Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi ilə dəfələrlə əlaqə saxlasaq da, sualımıza cavab verən tapılmadı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 475 21.11.19 13:39