Afaq Bəşirqızından təəccübləndirəcək AÇIQLAMA: “Qadınların çəkdiyi əziyyəti, gizlətdiyi sirləri istəyirəm görsünlər” - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Afaq Bəşirqızından təəccübləndirəcək AÇIQLAMA: “Qadınların çəkdiyi əziyyəti, gizlətdiyi sirləri istəyirəm görsünlər” - FOTO

Median.Az azmedia.az-a istinadən xəbər verir ki, xalq artisti, gülüş ustamız Afaq Bəşirqızı Buta.ws-ə verdiyi eksklüziv müsahibəsində bildirib ki, fərqli bir tamaşaya hazırlaşır və tamaşaçılar onu faciəvi və dramatik obrazda səhnədə görəcəklər.

“Çox sağ olsun rejissorlar ki, biz tamaşanı quranda ümumi qururuq, mənim fikirlərimlə razılaşırlar, mən onların fikirləri ilə razılaşıram. Təkliflərimizi edirik, təklif daha yararlıdır, daha vaciblidir. Amma Allahdan bir arzum var, 3-4 ildir ki, beynimə girib. 37-ci ildə repressiyada qadınların çəkdiyi əziyyətlər və bu günkü gündə onların gizlətdiyi sirləri istəyirəm tamaşaçılara çatdırım. Mən bu ideyamla İlqar Fəhmiyə müraciət etdim və o da məni yönləndirdi Pərviz Seyidliyə. Artıq 3 ildir ki, o pyes üzərində söhbət gedirdi, yazılırdı, pozulurdu, düzəliş verirdik. İnşallah bu günlərdə onun səhnə həllini görəcək tamaşaçılar. Mənə həmişə deyirdilər ki, Afaq xanım, dramatik rolda oyna, mən deyə bilmirdim ki, axı mən Musiqili Teatra gəlməzdən öncə Lənkəran teatrında, Sumqayıt Dövlət Teatrında faciəvi, dramatik rolda oynamışam. Mənim aldığım bütün ödüllər dramatik rollara görə olub. İnsandır da, yaşdan asılı olmayaraq aktyor heç vaxt qocalmır. Amma doymursan səhnədən, qoy bunu da oynayım sonra baxaq görək nə olur.. (gülür)” deyə aktrisa bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 164 20.11.19 23:17