Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır, əhali işlə təmin edilir - FOTO - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır, əhali işlə təmin edilir - FOTO - VİDEO

Şəki rayonunun Cunud, Baş Layısqı, Bideyiz, Köbər Zəyit və Qaxın Qaşqaçay kəndləri yaxınlığındakı meşə fondu torpaqlarının bir neçə yüz hektarı şumlanır və orada intensiv fındıq bağları salınır. Həmin ərazilərdə bu işləri həyata keçirən şirkətlərdən biri də “AGA Group”un şimal-qərb bölgəsindəki təmsilçisi “Monte Ferro Aqroparkı”dır.

Şirkətin məsul işçisi Yunus Əfəndiyev “Report”a bildirib ki, bu günə qədər istifadə olunmayan əkinə və bağçılığa yararsız sayılan, təqribən, 1500 hektar ərazidə 420 yeni fındıq ağacları əkilib: “Ərazi şirkətimiz tərəfindən 49 illik müddətə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən icarəyə götürülüb. Ərazidə heç bir ağac kəsilmədən kol-kosdan təmizlənərək əkin üçün yararlı vəziyyətə gətirilib. Ərazi İsraildən gətirilmiş müasir damcılı suvarma sistemi ilə təmin olunacaq. Hazırda ərazidə 4 ədəd subartezian, 1 ədəd 10 min kubluq su quyusu və elektrik təminatı ilə təchizatı var. Bağsalma işlərinə il ərzində 30 nəfərə yaxın kənd əhalisi cəlb olunub. Görülən işlər üçün Sahibkarlığa Kömək Milli Fondundan aldığımız kreditdən yararlanmışıq”.

Kolluq və daşlıq ərazinin təmizlənməsi və fındıq ağaclarının əkilməsi işini görən Fuad Məmmədov illərdir işsiz olduğunu bildirib: “Artıq işimiz var. Ərazini kolluq və daşlıqdan təmizlədik. Bütün işlər bizim əməyimizdir. Ümid edirəm ki, ağaclar öz bəhrəsini verəcək. Bundan sonra da ağaclara qulluğu biz edəcəyik”.

Qeyd edək ki, əvvəllər həmin ərazilərdə meşə fonduna daxil olan torpaqlar istifadəyə tamamilə yararsız olub.

Xatırladaq ki, Prezident İlham Əliyev də keçirdiyi müşavirədə fındıqçılığın inkişaf etdirilməli olduğunu bildirmişdi və bununla bağlı tapşırıqlarını vermişdi.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 466 20.11.19 20:56